İsmayıllıda zəlzələ olub

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın İsmayıllı rayonu ərazisində zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar ilkin məlumatlara əsasən yerli vaxtda saat 11:19-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Maqnitudası 3,8, dərinliyi isə 39 km olan zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48