İsmayıllıda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın İsmayıllı rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 22-də İsmayıllı rayon sakini Seymur İmanov təmir işləri apardığı evin (2-ci mərtəbə) eyvanından yıxılaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26