İşdən çıxarılan qadın “AzinTelekom”u məhkəməyə verib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-dəki vəzifəsindən çıxarılan şəxs MMC-ni məhkəməyə verib.

“Report”un xəbərinə görə, Həyat Xəlilova əvvəlki işinə bərpa olunmasını istəyir.

Birinci instansiya məhkəməsi vətəndaşın şikayətini təmin etməyib. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47