İrandan gələn Əfqanıstan vətəndaşının üzərində narkotik vasitələr aşkar olunub

Bakı. 10 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Əfqanıstan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05