İrandan gələn Azərbaycan vətəndaşının gödəkçəsinin cibindən tiryək çıxıb

Bakı. 30 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərinə baxış keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib. 

Məlumata görə, gömrük nəzarəti zamanı onun gödəkçəsinin cibinin astarından xalis çəkisi 0,181 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14