İranda naməlum şəxslərin hücumu nəticəsində bir hərbçi və bir polis ölüb

Bakı. 26 yanvar. REPORT.AZ/ İranın Xuzistan əyalətinin Mahşehr şəhərində naməlum şəxslərin avtomobilə silahlı hücumu nəticəsində bir hərbçi və bir polis əməkdaşı ölüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Mahşehr şəhər valisi Möhsün Bəyrəvənd bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41