İmişlidə piyadanı maşın vurub

Bakı. 23 sentyabr. REPORT. AZ/ Bu gün axşam saatlarında İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, İmişli şəhəri, Pənah Həsənov küçəsi, 94 ünvanında yaşayan, 1954-cü il təvəllüdlü Mübariz Baloğlan oğlu Qənbərli yolu keçmək istəyərkən "Niva" markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37