İmişlidə iki avtomobil toqquşdu, xəsarət alan var

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə,  iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1985-ci il təvəllüdlü Mövsumov Kənan Yusif oğlu muxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı ona körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38