“İmişli” şəkər zavodunun maşını dərəyə aşıb, bir nəfər yaralanıb

Daşkəsən. 27 iyul. REPORT.AZ/ Daşkəsən rayonunda “Shacman” markalı yük maşını dərəyə aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 5-ci kilometrliyində qeydə alınıb.

Daşkəsəndən İmişliyə əhəng daşı aparan “İmişli” şəkər zavoduna məxsus maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39