İmişli rayonunda üçüncü dəfə zəlzələ olub

Bakı. 1 avqust. REPORT.AZ/ İmişli rayonunda üçüncü dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, yerli vaxtla saat 11:51:01-də Beyləqandan 34 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4.1, dərinliyi 25 km olub.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29