İki rayonda silah-sursat götürüldü

Hacıqabul şəhər sakinindən ov tüfəngi və patronlar götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.İmanovdan lüləsi kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini A.Hüseynovun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54