İki nəfər Xaçmaz sakinini döyərək öldürüb

Bakı. 10 avqust. REPORT.AZ/ Avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

“Report” Şimal bürosu xəbər verir ki, avqustun 9-da Baş Cinayət Axtarışı İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri Nöhbala Quliyev və Tehran Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29