Cəlilabad. 1 avqust. REPORT.AZ/ İyulun 30-da dənizdə batan Cəlilabad rayon sakinlərindən birinin cəsədi tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xəlilabad kənd sakini - 22 yaşlı Təbriz Vilayət oğlu Məstiyevin cəsədi bu gün səhər saatlarında tapılaraq ailəsinə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri axtarışları davam etdirir.
Qeyd edək ki, iyulun 30-da Cəlilabad rayonunun Xəlilabad kənd sakinləri - 22 yaşlı Təbriz Vilayət oğlu Məstiyev və 24 yaşlı Nohid Teymur oğlu Teymurov dənizdə çimərkən boğulublar. Hər iki şəxs Bakıda fəhlə işləyirmiş.