İcra nümayəndəliyinin yerləşdiyi binada yanğın olub

Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 221 m² olan kənd icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları 80 m² sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14