"İçərişəhər" stansiyasında 17 yaşlı gənc relsin üzərinə yıxılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında 17 yaşlı gənc relsin üzərinə yıxılıb.

Bu barədə “Report”a QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib.

N.Paşayev qeyd edib ki, 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relsin üzərinə yıxılıb: “O, hər hansı xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlayıb”.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47