Yanğının Hirkan Milli Parkına keçməsinin qarşısı alınıb - YENİLƏNİB

Bakı. 20 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a açıqlamasında deyib ki, yanğın hadisəsi Hirkan Milli Parkının ərazisində olmayıb: "Yanğın Hirkan qəsəbəsinin bələdiyyə torpaqlarında olub və parkın ərazisinə keçməsinin qarşısı nazirliyin əməkdaşları tərəfindən alınıb".

*** 11:46

Bakı. 20 yanvar. REPORT.AZ/ Hirkan Milli Parkında yanğın hadisəsi baş verib. "Report"un məlumatına görə, yanğın Hirkan Milli Parkı Lənkəran rayonu ərazisinin Türkəncil və Lerik rayonunun "40-cı km" adlanan ərazisində olub.

Hadisə yerinə Lerik və Lənkəran Rayon Yanğından Mühafizə Xidmətinin (RYMX) 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Lənkəran RYMX-dən "Report"a bildirilib ki, meşə massivindən kənarda yerləşən kol-koslar yanıb. Lakin kənd sakinləri yanğının daha geniş sahəni əhatə etdiyini və parkın ərazisində baş verdiyini deyiblər.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Digər xəbərlər

Xətai rayonunda yanğın olub 09 avqust, 2026 / 16:22
Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41