Hindistan vətəndaşı Qəbələdə qəza törədərək xəsarət alıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanda turist kimi səfərdə olan Hindistan vətəndaşı 1957-ci il təvəllüdlü Subneer Narayen Qəbələ rayonunda avtomobil qəzasına düşüb.

“Report”un xəbərinə görə, o, Vəndan qəsəbəsi ərazisində icarəyə götürdüyü “Hyundai” markalı maşınla yol kənarındakı atı vurub.

Hadisə zamanı xəsarət alan turist Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47