Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb, yollarda sıxlıq yaranıb.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Sıxlığın aradan qaldırılması üçün hazırda əraziyə yol polisi cəlb olunub.