FHN-in Mətbuat xidmətindən bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən söndürülən avtomobil yararsız vəziyyətə düşüb.
*** 14:38
Bakının Heydər Əliyev prospektində avtomobil yanır.
"Report"un xəbərinə görə, "Hyundai Sonata" markalı avtomobilin söndürülməsi üçün yanğınsöndürmə briqadaları cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, yanğın hadisəsi barədə saat 14:10-da məlumat daxil olub. Yanğının qarşısı qismən alınıb və hazırda avtomobilin tam söndürülməsi üçün iş gedir.
Hadisə nəticəsində xəsarət alan yoxdur.