Həştərxan sərhədçiləri oğurluğa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb

Bakı. 6 avqust. REPORT.AZ/ Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı Həştərxan sərhədçiləri tərəfindən "Karauzek" nəzarət-keçid məntəqəsində saxlanılıb. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, saxlanılan şəxs Qazaxıstana keçmək istəyib. 

O, Xantı-Mansiysk Müxtar Vilayətində oğurluq etdiyi üçün axtarışa verilib. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47