Hərbi Hava Qüvvələrinin komandanı “Azərbaycan bayrağı” ordenini şəhid Təbriz Musazadənin atasına təqdim edib - FOTO

Bakı. 12 may. REPORT.AZ/ Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilot mayor Təbriz Musazadənin qırx mərasimi keçirilir.

“Report”un xəbərinə görə, mərasimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-mayor Ramiz Tahirov, Türkiyə hərbi atteşeliyinin nümayəndəsi, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edir.

HHQ komandanı general-mayor Ramiz Tahirov “Azərbaycan bayrağı” ordenini şəhidin atası Taryel Musazadəyə təqdim edib.

Xatırladaq ki, şəhid Təbriz Musazadə ikinci Fəxri xiyabanda dəfn edilib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54