​Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Onlar liftin qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Digər xəbərlər