Salyan. 27 dekabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un Aran bürosu xəbər verir ki, rayonun Kürsəngi kəndi ərazisində “Hundai” markalı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Fətullayeva Lalə Cabir qızı və 1976-cı il təvəllüdlü Həsənova Aidə Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
*** 21:12
Salyan. 27 dekabr. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında Kürsəngi kəndində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.