Hacıqabulda yük maşını yanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Atbulaq kəndində vətəndaşa məxsus "Maz" markalı yük avtomobilində baş verib. Nəticədə, avtomobilin mühərriki və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26