Hacıqabulda yol qəzası nəticəsində tibb bacısı və qızı xəsarət alıb

Hacıqabul. 25 mart. REPORT.AZ/ Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Nəticədə Şirvan şəhər sakini, Şirvan Diaqnostika Mərkəzinin 1967-ci il təvəllüdlü tibb işçisi Hüseynova Arzu İbiş qızı və onun 1990-cı il təvəllüdlü qızı Səlimova Fəridə Eldar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ana-bala Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, ilk tibbi yardımdan sonra A.Hüseynova Travmatologiya şöbəsinə yerləşdirilib, qızı isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39