Hacıqabul. 21 dekabr. REPORT.AZ/ Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.