Hacıqabulda xəsarət alan şəxs Bakıya gətirildi

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisindən keçən magistral yolda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov İsmayıl Qədir oğlu Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ mil sümüyünün və qamış sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər