Hacıqabulda sərxoş kişi ayaq barmağını kəsib

Hacıqabul rayonunda yerli sakini özünə xəsarət yetirib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qızılburun kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Cavid Niyətulla oğlu sərxoş vəziyyətdə ayaq barmağını kəsərək atıb. O, xəstəxanaya yerləşdirilib.

C. Abdullayevin psixi problemləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38