Hacıqabulda minik maşını aşıb, 2 nəfər xəsarət alıb

Hacıqabul. 4 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, "VAZ-21015" markalı avtomobil gecə saatlarında Bakı-Qazax magistralının 135-ci kilometrliyində, yolun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində beton maneəyə çırpılaraq yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər - 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hümbətov Pərviz Akif oğlu və 1992-ci il təvəllüdlü Şirvan sakini Bünyatov Kənan Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29