Hacıqabulda gənc oğlanın meyiti aşkarlanıb - YENİLƏNİB

Hacıqabul rayonunda küçədə tapılan meyitin kimə məxsus olduğu məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, bu, rayon sakini, 1991-ci il təvəllüdlü  İsmayılov Amid Azad oğlunun meyiti olub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


*** 07:12

Hacıqabul rayonunda kişi meyiti tapılıb.

"Report"un Aran bürosu xəbər verir ki, meyit Hacıqabul şəhəri, M.Müşfiq küçəsində aşkar edilib. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Hələlik şəxsiyyəti məlum olmayan ölən şəxsin gənc olduğu bildirilir. 

faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37