Hacıqabulda iki piyadanı avtomobil vuraraq öldürüb

Hacıqabul. 14 sentyabr. REPORT.AZ/ Hacıqabulda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 110-cu kilometrliyində, rayonun giriş hissəsindəki körpüdə qeydə alınıb.

Həmin körpüdə dayanan 2 piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39