Hacıqabulda avtomobilini aşıran şəxs xəstəxanda ölüb

Hacıqabul rayonu ərazisində yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 25-də saat 19 radələrində rayon ərazisində Şirvan şəhər sakini İ.Məmmədsoy idarə etdiyi “KİA” markalı avtomobili dərəyə aşırıb. Sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib və fevralın 26-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47