Hacıqabulda avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticəlnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsidə qeydə alınıb. 

Belə ki, minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Kərimli Nicat Əlizamin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər