Hacıqabulda ahıl kişi bıçaqlandı

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Əvəz Zeynal oğlu münaqişə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər