Hacıqabulda 4 ton qarğıdalı oğurlayan şəxslər saxlanılıblar

Hacıqabul rayonunda 4 ton qarğıdalı oğurlanıb.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Qarasu kəndi ərazisindəki əkin sahələrinin birindən 4 ton qarğıdalı oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri C.Mərdanov, Y.Əsgərov, Ə.Qurbanova, O.Hüseynov və Ə.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47