Hacıqabulda zəhərlənmə hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Hacıqabul şəhərində qeydə alınıb.
Şəhərin Bakı küçəsi 10 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Rəsul oğlu sirkə turşusu içərək zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilirb.
Faktla bağlı araşdırma aparılır.