Hacıqabul və Qusar sakinlərindən silah götürüldü

Hacıqabul və Qusar rayon sakinlərində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 2-ci Udulu kənd sakini N.Yəhyayevdən müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Qusar RPŞ-nin əməkdaşları tərəfindən Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Hər iki şəxslə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12