Hacıqabul sakinindən tüfəng götürülüb

Hacıqabul rayon sakinində müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ)əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəncbər kənd sakini İlqar Qəhrəmanovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34