Hacı Əliyev və İlham Zəkiyev AMADA-nın təmiz idman səfirləri seçilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təmiz idman səfirləri seçilib. 

"Report" xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli məlumat verib. 

Onun sözlərinə görə, səfirlər qurumun təşkil edəcəyi tədbirlərə qatılaraq idmanın dopinqsiz olması istiqamətində təbliğat işlərində fəal iştirak edəcəklər.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11