Gəncə şəhərində qətl hadisəsi baş verib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın Gəncə şəhərində qətl hadisəsi baş verib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Gəncə şəhərində Şəmkir rayon sakini Ayxan İbrahimli münaqişə zəminində Şəki rayon sakini Vasif Səmədova bıçaqla xəsarət yetirib. V.Səmədov xəstəxanaya yerləşdirilib, lakin sonra ölüb. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İbrahimli tutulub.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05