Gürcüstanın dövlət naziri azərbaycanlılara çağırış etdi

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili karantin zonası elan olunan Marneuli və Bolnisi rayonlarının sakinlərinə müraciət ünvanlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, hər iki rayonun əhalisinə dəstək ifadə edib.

Dövlət naziri həmvətəndaşları hökumətin koronavirusla bağlı qabaqlayıcı tədbirlərlə bağlı tövsiyələrinə əməl etməyə çağırıb: “Ayıq-sayıq olun, özünütəcrid qaydaları və karantinlə bağlı məhdudiyyətlərə riayət edin. İnanıram ki, yüksək vətəndaşlıq məsuliyyəti, dəstək və qarşılıqlı yardım vasitəsilə bu problemin öhdəsindən gələ biləcəyik”.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56