Gürcüstandan qanunsuz 23 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb

Bakı. 27 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə idarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edib. Bu barədə “Report”a DGK-dan məlumat verib.

Məlumatda deyilir ki, şöbəyə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47