Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilindən pirotexniki vasitə və fişəng çıxıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı, xidməti itin reaksiyası nəticəsində, maşının yanacaq çənində 8 qutu pirotexniki vasitə və 142 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14