Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilindən 355 ədəd pirotexniki vasitə aşkar edilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39