Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan böyük şəbəkə aşkarlanıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, internet vasitəsilə narkotik satan 7 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin 4-ü (ata, ana ə 2 uşaq) bir ailənin üzvüdür.
Həyata keçirilın əməliyyat zamanı müxtəlif narkotik vasitələrin olduğu 2 125 bağlama müsadirə olunub.
Saxlanılan şəxslər barədə həbs qətimkan tədbiri seçilib. Onları 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.