Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı

Gürcüstanda koronavirusdan tam sağalan 55 yaşlı azərbaycanlı evə buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib.

Pasiyent son günlər bir neçə dəfə koronavirus testindən keçib və nəticələr mənfi olub.

O, bir həftə ərzində təcriddə qalacaq.

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı vətəndaşına koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.

Digər xəbərlər