Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Tbilisi. 1 sentyabr. REPORT.AZ/ Gürcüstanın Qardabani rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

1978-ci il təvəllüdlü S. A. adlı qadının üzərində axtarış zamanı iki bağlamada 21,76 qram heroin aşkar olunub. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26