Bakı. 12 may. REPORT.AZ/ Bu gün günün ikinci zəlzələsi Ağsuda qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 15:52-də Pirquludan 14 km cənub-qərbdə, Ağsu rayonu ərazisində baş verib.
Maqnitudası 3.4, dərinliyi 8 km olan zəlzələ hiss olunmayıb.