Güclü yağış Bərdənin kəndlərinə verilən işığın kəsilməsinə səbəb olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən gün gecə saatlarından başlayan leysan xarakterli güclü yağış Bərdə rayonunun elektrik sisteminə ciddi ziyan vurub və böyük fəsadların yaranmasına səbəb olub. "Report"un xəbərinə görə, gecə saatlarından etibarən şəhər mərkəzi ilə yanaşı rayonun bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Səhər saatlarından başlayaraq Rayon Paylayıcı Elektrik Şəbəkəsinin işçiləri şəhərin bəzi küçələrinə elektrik enerjinin verilməsini bərpa etsələr də, bir neçə kəndə elektrik enerjisinin verilməsi hələ də mümkün olmayıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39