Göygöldə qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Göygöl-Gəncə avtomobil yolunda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2104" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Elşən Hüseynov ölüb. 

Elnur ŞükürovNərmin Süleymanova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


*** 12:40

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınan qəzada 3 nəfər yaralanıb. 

Belə ki, hərəkətdə olan "QAZ-31"  "VAZ-2104" markalı avtomobillə toqquşub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. 

Xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər